İsveçrə Swiss Government Excellence Scholarships proqramının 2027–2028-ci tədris ili üçün yeni qəbul mərhələsinə başlayır. Proqram xarici namizədlərə İsveçrə universitetlərində və tədqiqat müəssisələrində elmi fəaliyyətlərini davam etdirmək imkanı yaradır.Təqaüdlər əsasən magistr və ya PhD dərəcəsinə malik gənc tədqiqatçılar üçün nəzərdə tutulub. İncəsənət sahəsində xarici məzunlar üçün də ayrıca imkanlar mövcuddur.Namizədlərin seçimi müsabiqə əsasında həyata keçirilir. Qiymətləndirmə zamanı akademik göstəricilər, tədqiqat layihəsinin keyfiyyəti və gələcək elmi əməkdaşlıq potensialı nəzərə alınır.Yeni dövr üçün müraciət prosesi ölkədən asılı olaraq 2026-cı ilin avqust ayından etibarən müxtəlif tarixlərdə başlayır. Yekun nəticələrin 2027-ci ilin may ayına qədər açıqlanması gözlənilir.